• cümə axşamı, 25 aprel, 16:17
  • Baku Bakı 23°C

FİFA-nın iki vitse-prezidenti həbs edildi - Korrupsiya ittihamı

27.05.15 11:18 897
FİFA-nın iki vitse-prezidenti həbs edildi - Korrupsiya ittihamı
Ümumən 10 FİFA məmuru bəzi ölkələrə dünya çempionatlarının ev sahibliyi hüququnun verilməsi, marketinq və yayım anlaşmaları zamanı korrupsiyaya yol verməkdə ittiham olunur
Bu gün səhər İsveçrədə Beynəlxalq Futbol Federasiyası – FİFA-nın bir sıra rəhbərləri polis tərəfindən saxlanılıb.
APA-nın “The New York Times” qəzetinə istinadən verdiyi məlumata görə, FİFA İcraiyyə Komitəsinin iki vitse-prezidenti – Ceffri Uebb və Euhenio Figeredo, eləcə də İK üzvü Cek Uorner Sürix şəhərində qaldıqları oteldə polis tərəfindən nəzarətə götürülüblər. Onlar FİFA-nın illik toplantısında iştirak etmək üçün İsveçrədə imiş. Mayın 29-da keçiriləcək toplantıda indiki prezident Yozef Blatterin növbəti dəfə prezident seçiləcəyi gözlənilir.
Ümumən 10 FİFA məmurunun həbsinə sanksiya verilib. Lakin onların bəziləri İsveçrədə deyil. Bu şəxslər bəzi ölkələrə dünya çempionatlarının ev sahibliyi hüququnun verilməsi, marketinq və yayım anlaşmaları zamanı korrupsiyaya yol verməkdə ittiham edilir. İttihamlar arasında reket, çirkli pulların yuyulması, dələduzluq da var.
Xatırladaq ki, FİFA rəhbərliyinin 2018-ci və 2020-ci il il dünya çempionatlarının ev sahibliyi hüququnu müvafiq olaraq Rusiya və Katara verərkən külli miqdarda rüşvət aldığı haqda Avropa mediasında dəfələrlə müxtəlif iddialar səsləndirilib.
Saxlanılanların ABŞ-a ekstradisiya olunacaqları bildirilir.
banner

Oxşar Xəbərlər