• cümə, 19 Aprel, 22:45
  • Baku Bakı 24°C

FİFA Misiri cəzalandırdı

20.07.18 12:20 643
FİFA Misiri cəzalandırdı
FİFA-nın intizam komitəsi Misir Futbol Assosiasiyasını cərimələyib.
Kaspi.az xəbər verir ki, buna səbəb DÇ-2018-dən əvvəl Misir yığmasının qadağan olunmuş vaxtda yoxlama görüşü keçirməsi olub. FİFA futbolçuların zədələnməsinin qarşısını almaq üçün 21-27 may aralığında yoxlama görüşləri keçirməyi qadağan etmişdi.
Ancaq Misir bu qadağaya əhəmiyyət verməyərək, mayın 25-də Küveytlə qarşılaşmışdı - 1:1. Məsələni araşdıran FİFA Misir Futbol Assosiasiyasına 50 min isveçrə frankı cərimə kəsib.
banner

Oxşar Xəbərlər