• cümə axşamı, 25 aprel, 17:37
  • Baku Bakı 23°C

FİFA göstəriş verdi, onları gəlməyə məcbur edəcəklər

01.10.18 11:20 515
FİFA göstəriş verdi, onları gəlməyə məcbur  edəcəklər
FİFA-nın ilin ən yaxşılarını mükafatlandırmaq üçün keçirdiyi mərasimə Ronaldo ilə Messinin qatılmamağı hələ də müzakirə olunur.
Kaspi.az xəbər verir ki, FİFA da bu məsələ ilə bağlı narahatlıq keçirir. Ali futbol qurumu bütün nominantların mərasimə qatılması üçün yollar axtarır.
Məlumata görə, FİFA prezidenti Canni İnfantino bununla bağlı təşkilatın hüquqşünaslarına göstəriş verib. O, hüquqşünaslardan tələb edib ki, nominantların mükafatlandırma mərasiminə məcburi gəlməsi üçün çıxış yolu tapsınlar.
Messi və Ronaldo FİFA-nın simvolik yığmasına düşüb. Üstəlik, Ronaldo ilin ən yaxşı futbolçusu nominasiyasında ilk "üçlük”də olub. Ancaq onların heç biri mükafatlandırma mərasimində iştirak etməyib.
banner

Oxşar Xəbərlər