• cümə axşamı, 28 mart, 17:54
  • Baku Bakı 16°C

FİFA-dakı korrupsiya qalmaqalının əsas fiquru öldü

13.07.17 10:35 1020
FİFA-dakı korrupsiya qalmaqalının əsas fiquru öldü
FİFA-da baş verən korrupsiya qalmaqalının əsas fiqurlarından hesab olunan Çak Bleyzer ölüb.
Kaspi.az xəbər verir ki, FİFA-nın İcraiyyə Komitəsinin sabiq üzvü 72 yaşında dünyasını dəyişib. Bu barədə məlumatı onun vəkili Erik Kornqold verib. Bleyzer xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Çak FİFA İcraiyyə Komitəsini 2013-cü ildə tərk edib. O, KONKAKAF-da işlədiyi zaman maliyyə maxinasiyalarında ittiham edilib. Bleyzer günahını etiraf etmişdi və vergidən yayındığını da bildirmişdi. Buna görə də 1,9 milyon dollar cərimə ödəmişdi.
Bleyzer etiraf etmişdi ki, FİFA İcraiyyə komitəsinin üzvləri DÇ-1998 və DÇ-2010-un ev sahibləri müəyyənləşərkən, rüşvət alıblar.
O, 2015-ci ildə futbol sahəsində işləməkdən ömürlük məhrum edilmişdi.
banner

Oxşar Xəbərlər