• cümə, 29 Mart, 12:12
  • Baku Bakı 14°C

FİFA araşdırmanı yekunlaşdırdı

25.10.17 12:35 1793
FİFA araşdırmanı yekunlaşdırdı
FİFA Pol Poqbanın "Yuventus”dan "Mançester Yunayted”ə transferi ilə bağlı apardığı araşdırmanı yekunlaşdırıb.
Kaspi.az xəbər verir ki, FİFA-nın bu məsələ ilə bağlı "Yuve”yə heç bir iradı yoxdur. Bu barədə klubun prezidenti Andrea Anyelli məlumat verib:
"FİFA-nın araşdırması başa çatıb. Bizə qarşı heç bir irad yoxdu. "Yuventus” bu məsələ ilə bağlı tam bəraət alıb”.
MY Poqbanın transferi üçün 105 milyon avro ödəyib. Ancaq "Football Leaks” portalı məlumat yaymışdı ki, transfer üçün 127 milyon avro ödənilib.
Bu məbləğin 49 milyonunun futbolçunun agenti Mino Rayolaya çatdığı deyilirdi.
FİFA may ayında məsələ ilə bağlı araşdırmaya başlamışdı.
banner

Oxşar Xəbərlər