• şənbə, 20 Aprel, 13:41
  • Baku Bakı 23°C

FİFA araşdırır - “Çelsi” cəzalana bilər

19.01.18 10:35 716
FİFA araşdırır - “Çelsi” cəzalana bilər
FİFA "Çelsi” ilə bağlı araşdırmalara başlayıb.
Kaspi.az xəbər verir ki, "Çelsi” futbolçu transferi zamanı qayda pozuntularına yol verməkdə ittiham olunur. Məlumata görə, söhbət, 18 yaşa qədər olan 25 futbolçunun transferindən gedir.
Bəzi məlumatlara görə, futbolçuların sayı 25-dən də yuxarı ola bilər. London klubu ittihamları qəbul etmir. FİFA hər hansı qayda pozuntusu aşkar etsə, "Çelsi”yə yeni futbolçuların transferi ilə bağlı qadağa tətbiq olunacaq.
FİFA əvvəllər "Barselona”, "Real” və "Atletiko”nu bu qayda pozuntusuna görə cəzalandırıb.
banner

Oxşar Xəbərlər