• cümə, 29 Mart, 14:41
  • Baku Bakı 14°C

FİDES partiyası mütləq səs çoxluğu qazanıb

09.04.18 09:40 808
FİDES partiyası mütləq səs çoxluğu qazanıb
Macarıstanda parlament seçkilərində FİDES partiyası mandatların mütləq əksəriyyətinin səsini qazanıb.
AZƏRTACAlmaniyanın "Süddeutsche Zeitung” qəzetinə istinadla xəbər verir ki, ölkənin qanunverici orqanında 199 yer uğrunda 23 partiya üzrə namizədlər və birmandatlı dairələrdən namizədliyini irəli sürmüş 1547 siyasətçi mübarizə aparıb.
Səslərin 64,5 faizinin hesablanmasından sonra sonra Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi sağ mühafizəkarlar başda olmaqla FİDES partiyası parlamentdəki mandatların 49,2 faiz səsini toplayıb. İkinci güclü siyasi qüvvə "Yobbik” sağ radikal partiyasıdır.
Qələbə qazanacağı halda Orban ardıcıl üçüncü olmaqla dördüncü dəfə Macarıstan hökumətinə rəhbərlik edəcək.
banner

Oxşar Xəbərlər