• çərşənbə axşamı, 23 aprel, 22:04
  • Baku Bakı 20°C

FİDE-də yeni prezident

04.10.18 11:10 652
FİDE-də yeni prezident
Beynəlxalq Şahmat Federasiyasında (FİDE) prezident seçkiləri keçirilib.
Kaspi.az xəbər verir ki, FİDE-də Kirsan İlyumjinov erası başa çatıb. Təşkilatın yeni prezidenti də rusiyalı olub.
Rusiyanın baş nazirinin sabiq müavini Arkadi Dvorkoviç beynəlxalq şahmat federasiyasının yeni prezidenti seçilib.
Onun namizədliyini 103 nəfər dəstəkləyib. FİDE-nin vitse-prezidenti Georgias Makropulosa isə 78 nəfər səs verib. İngilis Naycl Şort isə səsvermədən əvvəl namizədliyini Dvorkoviçin xeyrinə geri götürüb.
Kirsan İlyumjinov FİDE-yə 1995-ci ildən başçılıq edirdi.
banner

Oxşar Xəbərlər