• cümə, 29 Mart, 00:53
  • Baku Bakı 7°C

Fidan Hacıyevanın Musiqi Mərkəzi fəaliyyətə başlayır

12.04.16 16:15 4503
Fidan Hacıyevanın Musiqi Mərkəzi fəaliyyətə başlayır
Tanınmış opera ifaçısı, Xalq artisti Fidan Hacıyevanın Musiqi Mərkəzi bu günlərdə fəaliyyətə başlayacaq. Opera ifaçısının “Kaspi”yə bildirdiyinə görə, mərkəzə müraciət edəcək şəxslərin musiqi təhsilinin olub-olmaması vacib deyil: “Mərkəzə musiqi janrları ilə məşğul olmaq istəyən həvəskarlar da müraciət edə bilər”. Həmçinin, mərkəz yaşından və musiqi qabiliyyətindən asılı olmayaraq bütün insanlar üçün açıqdır. F.Hacıyeva tələbələrə vokal və klassik estrada janrı üzrə musiqi dərsləri keçəcək. Bundan əlavə, mərkəzdə musiqinin bütün janrları üzrə peşəkar müəllim heyəti fəaliyyət göstərəcək. Opera ifaçısı mərkəzdə yetişəcək musiqiçilərin ölkəmizi müxtəlif festival və müsabiqələrdə təmsil etmələri arzusundadır. Həmçinin, F.Hacıyeva sözügedən mərkəzin uşaq xorunu yaratmağı yaratmağı planlaşdırır.
Mərkəzlə əlaqə saxlamaq istəyənlər Şəmsi Bədəlbəyli küçəsi, 106 (telefonlar: mob: 0505103020, 0125981424 ) müraciət edə bilərlər.
banner

Oxşar Xəbərlər