• şənbə, 20 Aprel, 03:48
  • Baku Bakı 15°C

Fidan Hacıyeva: Musiqimizi fransız tamaşaçılarına sevdirdiyim üçün çox şadam

06.06.19 15:45 744
Fidan Hacıyeva: Musiqimizi fransız tamaşaçılarına sevdirdiyim üçün çox şadam
Parisdə ikinci konsertimdir. Paris səhnəsini çox sevirəm. Bugünkü konsertdə ilk azərbaycanlı qadın bəstəkar Ədilə Hüseynzadənin əsərlərini ifa etdim. Fransızların reaksiyasını görmək mənə çox maraqlı idi. Konsert fransız musiqisevərlər tərəfindən yüksək səviyyədə qarşılandı. Bu, məni çox sevindirir.
Bu sözləri Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan qadınlarına səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr edilmiş konsertdən sonra Xalq artisti Fidan Hacıyeva AZƏRTAC-a müsahibəsində bildirib.
"Musiqinin dili olmaz deyirlər. Bu konsertdə ifa etdiyim bütün mahnılar Azərbaycan dilində idi. Amma buna baxmayaraq, sanki tamaşaçılar mahnının sözlərini başa düşürdülər. Musiqi əsərlərimiz çox yaxşı qarşılandı, musiqimizi fransız tamaşaçılarına sevdirdiyim üçün çox şadam”, - deyə F.Hacıyeva bildirib.
banner

Oxşar Xəbərlər