AZE | RUS | ENG |

Fidan Hacıyeva Londonda konsert verəcək

Fidan Hacıyeva Londonda konsert verəcək
Konsertdə görkəmli bəstəkar, vokalçı Ədilə Hüseynzadənin əsərləri səsləndiriləcək

 
 
 Konservatoriyanı bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk azərbaycanlı qadın, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Ədilə Hüseynzadə dahi Üzeyir Hacıbəylinin son və sevimli tələbələrindən biri olub. Əvvəlcə konservatoriyanın vokal şöbəsində əfsanəvi Bülbülün sinfində təhsil alan Ədilə xanım daha sonra böyük ustad Üzeyir Hacıbəylinin sinfinə qəbul olunub. Uzun illər ərzində qələmini musiqinin müxtəlif janrlarında sınayan Ədilə xanım simfonik poema, simli kvartet, xor əsərlərin, violonçel və fortepiano üçün sonatinanın müəllifidir. Bəstəkarın yaradıcılığında romans janrı daha çox üstünlük təşkil edir. Milli musiqimizdə romans janrının təşəkkülündə onun özünəməxsus yeri vardır. Ədilə xanımın Nizaminin sözlərinə yazılmış "Vəslin həvəsi" romansı, habelə Füzuli, Natəvan, Səməd Vurğun, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Nigar Rəfibəylinin şerlərinə bəstələnmiş romansları və "Duyğular" vokal silsiləsi musiqimizin inciləridir. Professional vokalçı olan Ədilə xanımın Rəsul Rzanın sözlərinə yazdığı "Yaşamaq”, "Kövrək budaq”, "Mənim arzum”, "Yenə, yenə ürək haqqında”, Nigar Rəfibəylinin sözlərinə yazdığı "Günəşdən gənclik istədim”, "Məhəbbətlə doğulmuşam anadan”, "Lirik nəğmə” və digər onlarla gözəl əsərləri vardır. O, həmçinin 1945-ci ildə Üzeyir Hacıbəylinin "Arşın mal alan” operettası əsasında çəkilmiş bədii filmdə Asyanın vokal partiyasını səsləndirmişdir.
      Görkəmli bəstəkar, vokalçı, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Ədilə Hüseynzadənin əsərlərindən ibarət 16 may 2018-ci il tarixində London şəhərində ("Kings Place” konsert zalında) Xalq Artisti, mezzo-soprano Fidan Hacıyevanın konserti baş tutacaqdır. Konsertdə Ədilə xanımın mahnıları 3 dildə (Azərbaycan, rus, ingilis) ifa olunacaqdır. Konsert Respublikanın Əməkdar Artisti, violonçelist Aleksey Miltıx və Beynəlxalq Müsabiqələr laureatı Səidə Tağızadənin (fortepiano) müşayiəti ilə olacaqdır. Məqsədi Azərbaycanın zəngin mədəni irsini, ölməz sənətkarımızın əsərlərini dünyaya tanıtmaq olan Fidan xanım bu konsertləri silsilə olaraq Bakıda və dünyanın bir çox ölkələrində davam elətdirmək istəyir.
      Bildiyiniz kimi, şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə olan Azərbaycan Xalq Cümhuriyyətinin bu il 100 illiyi qeyd olunur. Prezident İlham Əliyev tərəfindən 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmuş və bununla bağlı həm ölkə daxilində, həm də ölkə xaricində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Məhz buna görə də, Fidan xanım konservatoriyanı bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk azərbaycanlı qadın, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, vokalçı Ədilə Hüseynzadənin əsərlərin ibarət bu konsertləri İtaliya, İspaniya, Fransa, Rusiya, Türkiyə və digər ölkələrdə silsilə olaraq davam elətdirmək istəyir.
     
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9459
GEL 1 1 Gürcüstan larisi 0.6397
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1854
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1886
CHF 1 1 İsveçrə frankı 1.7119
KWD 1 1 Küveyt dinarı 5.5939
TRY 1 1 Türkiyə lirəsi 0.3191