AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Fidan Hacıyeva:

Fidan Hacıyeva: "Sevgisiz həyat da, sənət də ola bilməz"

Mədəniyyət
23 Noyabr 2013, 08:22 3158
"Bir az çətindir. Çünki evdə üç uşaq var, ev işləri var, ailə var və sənətim var. Hamısı bir yerdə çox çətindir. Bu gün səhər durmuşam, deyirəm görəsən mən bu qədər işi necə çatdırıram. Çalışıram çatdırım”. Bu fikirləri APA TV-də yayımlanan "Üç valet” verilişinin qonağı olan əməkdar artist, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Fidan Hacıyeva deyib.

Sənətçi "Karmen” operasının ona həmişə uğur gətirdiyini deyib: "Nə iş görsəm, onu zümzümə edirəm. İnanın, hər işdə mənə uğur gətirir. Fotosessiyada da zümzümə eləmişəm. Görürəm, kefim yoxdur yenə də "Karmen"dən zümzümə edirəm. Bu, mənə çox uğur gətirib. Demək olar ki, ailəmin uğurudur. Ailə quranda da o köməyim oldu. Fidan bir hissəmdir, "Karmen" bir hissəm. Evdə mənə "Karmen" kömək edir. Bu əsər ilk dəfə Fransada oynanıldı. O qədər də uğurlu olmadı. Uğursuz oldu. Opera sonra şedevrə çevrildi. Dekabrda oynanacaq, sizi də dəvət edəcəyəm, gələrsiniz. Hamı deyirdi ki, sadədir, primitivdir. Amma illər keçdi indi Bizenin "Karmen"i bütün səhnələrdə oynanılır və bəyənilir. Mən həmişə demişəm ki, "Karmen"dən sonra real həyat çətindir. Ondan sonra elə o nağılda qalmaq istəyir adam. Bəzi dostlarla görüşüb söhbət edirəm. Hətta o halda da adama elə gəlir ki, heç nə görmürsən. Lap "Karmen" olmasa belə "Aida", "Arşın mal alan"dan çıxanda da yenə çətin olur. Teatrımızı çox sevirəm. İlk gün, 19 yaşında buraya gəldiyim gün də yadımdadır. "Koroğlu"da xanəndə qızı oynamışam. Sonra "Arşın mal alan"da Asyanı oynadım. Rolların hamısından zövq alıram”.

Fidan Hacıyeva Bülbül adına musiqi məktəbinin pianoçu bölümünü bitirdiyini deyib: "Sonra elə oldu ki, Konservatoriya həm vokal, həm də fortepiano sinfinə daxil oldum. Hüseyn Əliyevin sinfinə. Firəngiz xanımın səsini eşidib deyirdim ki, mən də belə oxuyacağam. Orada bakalavr, magistratura və aspiranturanı bitirdim. Sonra Moskvada xalq artisti məşhur İrina Arxipovanın sinfində master klass keçdim. Sonra İtaliyada Kicuan Akademiyasında təhsil aldım. Bu sənətlə çoxdan məşğulam. Mənə elə gəlir ki, mənim sənətimə hörmət lap çoxdur. Çox da əziyyət var. Mən sənətimi çox sevirəm. Mənə deyirlər ki, səni dinləməyə iki-üç dəfə gəlmişəm, mən çox sevinirəm. Azərbaycanda opera sənəti çox yüksək səviyyədədir. Mən burada qalıb işləyəcəyəm. Vətəndən kənarda konsertlərdə də çalışacağam ki, sənətimin layiqli təmsilçisi olam. Mən İtaliyaya tez-tez gedirəm. Orada master klass keçirəm. İtaliyada təhsil almağa çox pul lazımdır. Bizdə pulsuzdur. Bunun nə boyda xoşbəxtlik olduğunu biz anlamırıq. İtaliyada istedadın var ya yoxdur, fərq etməz, pulun varsa, dərs ala bilərsən. Orada elə bilirlər ki, mən zəngin bir ailənin adamıyam. Amma dedim yox, orta yaşayan ailəyik, sadəcə dərslər pulsuzdur. Onlarda belə deyil. Bizdə təhsil də onlardan gözəldir. Fitri istedaddan başqa işləmək də tələb olunur, həm də çox ciddi”.

Sənətçi hesab edir ki, müğənni səsi işləyib saxlamalıdır: "İşləməsəm, səsi saxlamaq olmaz. Səslə işləmək lazımdır ki, passiv formaya keçməsin. Müslüm Moqamayevin səsi və tembri mənə yaxındır. Allah ona səsdən başqa böyüklük də vermişdi. Gözəl insan, rəssam, sənətkar idi. Onunla Moskvada görüşmüşdüm, ölümündən bir neçə il əvvəl. Xanımı Tamara Sinyavskaya da "Karmen”in məşhur ifaçılarından idi. O mənə demişdi ki, sizdə bundan da yaxşı alınacaq və siz də "Karmen”i gözəl oxuyursunuz. Mənə çox xoş olmuşdu onun sözləri. Mənə elə gəlir ki, Müslümün səsi heç kimin səsinə bənzəmir. O hər janrda ifa edirdi. O həmin ortaq nöqtəni tapa bilmişdi. Maqomayev böyük sənətkar idi. Onu operadan dartıb apardılar. Çünki istəyib dinləyənləri çox idi. Amma opera karyerasını davam etdirsəydi, dünyada məşhur iki-üç addan biri də o olacaqdı. Ona ölümündən sonra da valeh olan insanlar çoxdur”.

Fidan Hacıyeva ailə həyatı barədə də danışıb: "Mən onu yox, o məni seçib. BP şirkəti Bakıda hər il Milad bayramı keçirirdi. Məni dəvət etmişdilər. Orada "Karmen”dən bir parçanı ifa elədim. Ən gözəl paltarı geyinmişdim. Elə bilirdim ki, gerçəkdən nə isə olacaq. Yoldaşım da orada iştirak edirdi. Sonra məni Azərbaycan rəqsinə dəvət etdi. Oynaya da bilmirdi. Amma gördüm ki, öyrənmək istəyir. Dedi ki, Sizin konsertinizə gələcəyəm. Dedim, "Arşın mal alan" oynanılacaq, gəlin, amma siz Azərbaycan dilində bilmirsiniz. Dedi, eybi yox, dostumla gələcəyəm. Gəldilər. Onun ən gözəl jesti o oldu ki, o əsərin librettosunu tərcümə etdirdi. Onun diqqəti xoşuma gəldi. Belə tanış olduq biz. Dostlaşdıq və evləndik. Sonra o bir neçə belə tərcümələr etdi. Mən oxudum, çox gözəl də qarşılandı”.

Sənətçi hesab edir ki, sevgisiz həyat da, sənət də ola bilməz: "Bu hissləri yaşamasan, hər şey yalan olar. Sevgin hər şeyə var, Ailəyə, sənətə, övlada. 10 ildən çoxdur ailə qurmuşam, bu vaxtacan bu sevgi ölməyib, əksinə böyüyüb. Çox gözəl qaynanam var. O ilk dəfə Bakıya gələndə mənə çox diqqətlə baxdı. Məni öyrənirdi elə bil. Onu Lahıca apardıq. Yoldaşım Azərbaycanın hər yerini gəzib. Sevir bu yerləri. Toya bir gün qalmışdı, qaynanam dedi ki, mənə bir yer ayırarsınız. Mən o qədər otura bilmərəm, orada dincələrəm. İnanın, gecə 12-yə qədər heç yerə getmədi. Sonra biz getdik, o məni qarşılamadı. Niyə? Gördüm sobanın yanında və digər yerlərdə nə olduğunu yazıb qoyub. Yazılıb ki, bunu yeyərsiniz, onu qızdırarsınız və s. İki gündən sonra evə gəldi. Dedim, niyə bizi qarşılamadınız? Dedi, istədim özün öyrənib öyrəşəsən. Elə də oldu, mənə yaxşı jest idi”.

Fidan Hacıyeva həyatında övladlarının hər birinin xüsusi yeri olduğunu deyib: "Onların hərəsinin öz yeri var, amma, balacamıza xüsusi sevgi var. Görürəm uşaqlar da hərdən bunu deyirlər. Filippi soruşursunuzsa, ona da diqqətim də, sevgim də az deyil. Ola bilər ki, problemlərimiz çox olur, xüsusilə uşaqlarla bağlı, amma yox, münasibətlərdə heç nə azalmayıb. Bəzən günümüzün necə keçdiyini də bilmirik”.

Fidan xanım mətbəxi çox sevdiyini deyib: "Mətbəxi çox sevirəm. Tez-tez İngiltərəyə gedirik. Orada çox gözəl mətbəxləri var. Ədviyyatı çox istifadə edirlər. Kərə yağı sevmirik, tərəvəz yeyirik. Anam bizə yemək bişirir. Xüsusilə də milli mətbəximizdən. Dolma, aş... Məsələn, Filipp gözləyir ki, bayram nə vaxt gələcək, paxlava, şəkərbura bişiriləcək. O özü də hazırlamağı sevir. Amma, öz mətbəxlərinə aid olan yeməkləri. Hərdən zamanım olanda, mən də hazırlayıram. Filipp artıq 16 ildir Azərbaycandadır. O artıq azərbaycanlılaşıb. Həm də çox dəyişilib. O qədər dəyişilib ki,