• çərşənbə, 24 Aprel, 00:07
  • Baku Bakı 14°C

FHN: Zəlzələdə insan itkisi və dağıntı yoxdur

10.02.14 16:50 1120
FHN: Zəlzələdə insan itkisi və dağıntı yoxdur
Fövqəladə Hallar Nazirliyi Azərbaycanda baş verən zəlzələ ilə bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 10 fevral 2014-cü il tarixində saat 16:06-da Saatlıdan 41 km şimal-şərqdə Hacıqabul rayonu ərazisində, 55 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5,7 maqnituda (12 ballıq cədvəl üzrə 5 bal) gücündə, respublikanın əksər yaşayış məntəqələrində 5,0-3,0 bal, Bakı şəhərində isə 3 bala qədər hiss olunub.
İnsan tələfatı və dağıntı yoxdur.
banner

Oxşar Xəbərlər