• çərşənbə axşamı, 23 aprel, 12:25
  • Baku Bakı 24°C

FHN: Ötən gün 23 yanğına çıxış olub, 5 nəfər xilas edilib

13.04.21 13:45 501
FHN: Ötən gün 23 yanğına çıxış olub, 5 nəfər xilas edilib
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 5 nəfər xilas edilib. Həmçinin, Taxtakörpü-Ceyranbatan su kanalında batmış 2003-cü il təvəllüdlü Xalıqova Aysel Aydın qızının meyiti dalğıc-axtarış qrupu tərəfindən kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

banner

Oxşar Xəbərlər