• cümə axşamı, 18 aprel, 04:39
  • Baku Bakı 15°C

FHN Sumqayıtda baş verən yanğınla bağlı məlumat yayıb

06.08.17 10:00 1348
FHN Sumqayıtda baş verən yanğınla bağlı məlumat yayıb
Sumqayıt şəhərində ümumi sahəsi 4420 m² olan beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin dəhlizində taxta konstruksiyalardan quraşdırılmış rəflər, əşyalar 100 m² sahədə və 15 otağın giriş qapıları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini xilas, 20 nəfəri isə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 21:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Sumqayıt Təcili Yardım Xəstəxanasından Trend-ə verilən məlumata görə, yanğından sonra 25 nəfər xəstəxanaya yerləşdirilib.
Həmçinin qeyd edilir ki, 1 nəfər 14 yaşlı qızın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
banner

Oxşar Xəbərlər