• şənbə, 20 Aprel, 12:52
  • Baku Bakı 23°C

FHN “Sədərək”dəki yanğınla bağlı məlumat yayıb

18.06.13 08:26 1279
FHN “Sədərək”dəki yanğınla bağlı məlumat yayıb
APA-nın Nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 18-də Qaradağ rayonunda “Sədərək” Ticarət Mərkəzinin anbarlar sahəsində ümumi sahəsi 5440 kv.m olan anbarın yanar konstruksiyaları və içərisindəki məişət əşyaları (parfümeriya malları, alışqanlar, uşaq oyuncaqları və s.) 1400 kv.m sahədə yanıb. Anbarın qalan hissəsi və yaxınlıqdakı digər anbarlar yanğından mühafizə olunub.
Yanğın saat 06:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
banner

Oxşar Xəbərlər