AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

FHN: “Sədərək” ticarət mərkəzində yanğının söndürülməsinə 23 texnika və 125 nəfərlik canlı qüvvə cəlb olunub

FHN: “Sədərək” ticarət mərkəzində yanğının söndürülməsinə 23 texnika və 125 nəfərlik canlı qüvvə cəlb olunub

Kriminal
18 Fevral 2020, 12:08 2446
"Sədərək” ticarət mərkəzində yanğının baş verməsi haqqında məlumat saat 07:39-da daxil olub. Ərazi üzrə Qaradağ Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları dərhal hadisə yerinə cəlb ediliblər.
AZƏRTAC xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov jurnalistlərə açıqlamasında bildirib.
Ə.Novruzov deyib ki, hadisə ilə bağlı ikinci dərəcəli yanğın elan olunub. Yanğın bir saata yaxın davam edib. Hadisə yerinə 23 texnika və 125 nəfərlik canlı qüvvə cəlb edilib. Yanğının ərazisi 900-1000 kvadratmetr sahəni əhatə edir. Alov tam söndürülüb və hazırda soyutma işləri aparılır. Yanğının başvermə səbəbi araşdırılır.