• cümə, 29 Mart, 13:19
  • Baku Bakı 14°C

FHN Şamaxıda baş vermiş yanğınla bağlı məlumat yayıb

26.12.17 09:20 854
FHN Şamaxıda baş vermiş yanğınla bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi(FHN) Şamaxı rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.
APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində birmərtəbəli bir-birinə bitişik ümumi sahəsi 104 m² olan 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 45 m² sahədə, ümumi sahəsi 30 m² olan 2 otaqlı evin yanar konstruksiyaları və ümumi sahəsi 90 m² olan 5 otaqlı evin 3 otağının tavanı 16 m² (ümumi 91 m²) sahədə yanıb.
Bitişik olan evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
banner

Oxşar Xəbərlər