• çərşənbə axşamı, 16 aprel, 21:36
  • Baku Bakı 18°C

FHN Salyandakı yol qəzası ilə bağlı məlumat yayıb

12.03.18 21:34 684
FHN Salyandakı yol qəzası ilə bağlı məlumat yayıb
Fövqəladə Hallar NazirliyiSalyan rayonunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə Salyan rayonunun Qaraçala qəsəbəsində "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə zamanı ölən sürücü və sərnişinin cəsədləri xilasedicilər tərəfindən avtomobildən çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Hadisə zamanı digər avtomobilin sürücüsü müxtəlif xəsarətlər alıb.
banner

Oxşar Xəbərlər