• cümə axşamı, 28 mart, 22:45
  • Baku Bakı 13°C

FHN Qubada hoteldə baş verən qəza barədə məlumat yayıb

09.07.18 16:08 656
FHN Qubada hoteldə baş verən qəza barədə məlumat yayıb
Kanat yolu iyunun 20-dən bağlı olub, hadisə yerdə, təmir işləri aparılan zaman baş verib
Fövqəladə Hallar NazirliyiQubada hoteldə baş verən bədbəxt hadisə barədə məlumat yayıb.

FHN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir: "Kütləvi informasiya vasitələrində Quba rayonunda "Quba Palace Hotel”də kanat yolunun qırılması nəticəsində kanatda olanların ölməsi və xəsarət alması barədə xəbərlər yayılıb. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Rusiya Federasiyasının "SCADA” şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu 20.06.2018-ci il tarixindən istifadədə olmayıb".

Qeyd olunub ki, hadisə yerdə, təmir işləri aparılan zaman baş verib. Nəticədə təmir işlərinə cəlb edilmiş 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Hadisə ilə bağlı aidiyyatı orqanlar tərəfindən araşdırmalar aparılır.

***
13:37

Quba rayonunda bədbəxt hadisə baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qubadakı hotellərdən birində kanatda baş verən qəza nəticəsində hotelin əməkdaşı, Qubanın Amsar kənd sakini1992-ci il təvəllüdlüİsayev Rüzgar Mürvət oğlu ölüb.

Quba rayon sakinləri, 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər