• çərşənbə axşamı, 19 mart, 17:59
  • Baku Bakı 8°C

FHN: İxtisarlar barədə məlumatlar əsassızdır

22.05.17 11:40 766
FHN: İxtisarlar barədə məlumatlar əsassızdır
Fövqəladə Hallar Nazirliyi(FHN) ixtisarlar barədə məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindənAPA-ya daxil olan məlumatda bildirilir ki, bəzi KİV-də FHN-də ixtisarlar barəsində həqiqətə uyğun olmayan xəbərlər yer alıb.
"FHN mətbuat xidməti bildirir ki, hələ 2016-cı ilin noyabrında Azərbaycan prezidentiİlham Əliyevfövqəladə hallarla mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb.
Bu fərmana əsasən, kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, habelə su hövzələrində xilasetmə işinin təşkili sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin və Dövlət Sularda Xilasetmə Xidmətinin bazasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yaradılıb.
Fövqəladə Hallar NazirliyiXidmətin əsasnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etdikdən sonra prezident İlham Əliyevin 2017-ci il 19 aprel tarixli fərmanı ilə yeni qurumun Əsasnaməsi təsdiq olunub.
Göründüyü kimi, bu tədbir idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilib və əməkdaşların ixtisarı ilə heç bir əlaqəsi yoxdur", - deyə məlumatda qeyd olunub.
banner

Oxşar Xəbərlər