• cümə axşamı, 25 aprel, 03:55
  • Baku Bakı 19°C

FHN: İtkin düşmüş alpinistlərin axtarışı davam etdirilir

29.12.17 13:45 874
FHN: İtkin düşmüş alpinistlərin axtarışı davam etdirilir
Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" -havavə ekstrim idman klubunun üzvləriCəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.
Fövqəladə Hallar Nazirliyindən (FHN)APA-ya verilən məlumata görə, Nazirliyin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və xüsusi təlim keçmiş itlər, peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir. Qeyd edək ki, bu gün səhər saatlarından Xüsusi Riskli Xilasetmə Xidmətinin əlavə 10 nəfər dağ-xilasedicisi axtarışlara cəlb olunub.
Axtarış işləri barədə əlavə məlumat veriləcək.
banner

Oxşar Xəbərlər