• çərşənbə, 08 May, 04:37
  • Baku Bakı 13°C

FHN Hirkan Milli Parkında baş verən yanğınla bağlı məlumat yayıb

28.07.18 14:00 680
FHN Hirkan Milli Parkında baş verən yanğınla bağlı məlumat yayıb
Fövqəladə Hallar NazirliyiHirkan Milli Parkında baş verən yanğın barədə məlumat yayıb.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 27-də axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran rayonunda yerləşən Hirkan Milli Parkın ərazisində yanğın olması barədə məlumat daxil olub.
Yanğının söndürülməsi işlərinəFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.
Yanğın nəticəsində parkın ərazisində 10 ha sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb.
Parkın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın səhər saatlarında söndürülüb.
banner

Oxşar Xəbərlər