• cümə axşamı, 28 mart, 18:00
  • Baku Bakı 13°C

FHN Gəncədəki partlayışla bağlı məlumat yayıb

20.11.18 09:09 555
FHN Gəncədəki partlayışla bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi(FHN) Gəncə şəhərində yaşayış binalarından birində baş vermişpartlayışlabağlı məlumat yayıb.
"Report”un məlumatına görə, bildirilir ki, bu gün səhər saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış olması barədə məlumat daxil olub.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
İlkin məlumata görə, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. Dağıntılar altında qalanların olduğu ehtimal olunur. Hazırda axtarış-xilasetmə işləri aparılır. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.
Əlavə məlumat veriləcək.
banner

Oxşar Xəbərlər