AZE | RUS | ENG |

FHN Gəncədə yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb

FHN Gəncədə yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb
Fövqəladə Hallar NazirliyiGəncədə yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.
 
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə,  şəhərin Kəpəz rayonunda ikimərtəbəli yaşayış binasının ümumi sahəsi 600 m² olan dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və dam örtüyünün altına yığılmış əşyalar 30 m² sahədə yanıb. 

Yanğın zamanı 30 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN