• çərşənbə, 24 Aprel, 00:20
  • Baku Bakı 14°C

FHN Gəncədə baş vermiş yanğınla bağlı məlumat yayıb

27.02.18 10:10 959
FHN Gəncədə baş vermiş yanğınla bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi(FHN) Gəncədə mənzildə baş vermiş yanğınla bağlı məlumat yayıb.
APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 34 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı mənzildən 1950-ci il təvəllüdlü Katibi Natella Əli qızının yanmış meyiti aşkar olunub. Yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təhlükəsiz yerə təxliyə olunub.
Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​
banner

Oxşar Xəbərlər