• cümə, 29 Mart, 10:44
  • Baku Bakı 5°C

FHN Gəncədə 2 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb

03.11.17 11:40 851
FHN Gəncədə 2 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb
Fövqəladə Hallar NazirliyiGəncədə baş verən qəza ilə bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Nizami rayonunda "Mercedes” markalı minik avtomobilinin səkiyə çırpılması nəticəndə yol-nəqliyyat hadisəsi baş verib. Dərhal Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücüsü 1992-ci il təvəllüdlü Ələkbərov Kənan Orxan oğlu və sərnişin, 1994-cü il təvəllüdlü Nağıyev Nicat Nüsrət oğlunun cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
banner

Oxşar Xəbərlər