• cümə axşamı, 18 aprel, 10:42
  • Baku Bakı 12°C

FHN əməkdaşları qəzaya uğradılar

13.03.14 17:44 1182
FHN əməkdaşları qəzaya uğradılar
Bu gün saat 17:50 radələrində Şəki ərazisində yol qəza hadisəsi qeydə alınıb. Hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, hadsə Şəki giriş yolunun 6-cı kilometrliyində Şəkinin Çeşməli kəndi ərazisində qeydə alınıb. Belə ki, hadisə zamanı Şəki sakini Ağammədzadə Rövşən Fuad oğlu idarə etdiyi 55-BO-456 dövlət nömrə nişanlı "Hundai" markalı avtomobillə şəhərdən çıxış istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobili yol kənarındakı çuxura aşırıb. Nəticədə sürücü və onun sərnişini, Şəki sakini İsmayılov Samir Hüseyn oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər dərhal Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisə zamanı avtomobil tamamilə yararsız hala düşüb. Qəzanın ilkin olaraq idarəetmənin isitirilməsi səbəbindən baş verdiyi ehtimal edilir. Nəzərinizə çatdıraq ki, hadisə zamanı xəsarət alan şəxslərin hər ikisi FHN-nin Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarıdır. Faktla əlaqədar Şəki şəhər rayon polis şöbəsində araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.
banner

Oxşar Xəbərlər