• çərşənbə axşamı, 16 aprel, 10:07
  • Baku Bakı 14°C

FHN-dən dəm qazı xəbərdarlığı

06.12.13 11:09 1101
FHN-dən dəm qazı xəbərdarlığı
Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazından zəhərlənmələrlə bağlı vətəndaşlara xəbərdarlıq edib.
APA-nın FHN-in rəsmi saytına istinadən məlumatına görə, xəbərdarlıqda qeyd olunub ki, son zamanlar qaz cihazlarının istismarı zamanı əhali arasında dəm qazından zəhərlənmə halları qeydə alınmaqdadır. Müəyyən olunub ki, bu hadisələrin əksəriyyəti vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməməsı səbəbindən baş verir.
Dəm qazından zəhərlənmə halı yanğın olduqda, sobanın qapağı erkən bağlandıqda, qarajda, qapalı məkanda avtomobil mühərriki işlədikdə, ağzı bağlı kabinədə uzun müddət qaldıqda yaşanır. Mənzillərdə isə dəm qazından zəhərlənmə təhlükəsi əksər hallarda evi qızdırıcı cihazlarla qızdırarkən və ya hamam otağında baş verir.
Xəbərdarlıqda dəm qazının baş vermə və yaranma səbəbləri, hadisələri önləmək üçün görülməsi vacib olan tədbirlər xatırladılıb, zərərçəkmişlərə ilkin tibbi yardım göstərilməsi barədə tövsiyələr yer alıb.
FHN bildirir ki, dəm qazından zəhərlənmiş insan özünü yaxşı hiss etsə belə, ən azı 24 saat həkim nəzarəti altında qalmalıdır.
banner

Oxşar Xəbərlər