AZE | RUS | ENG |

FHN-də Bakının Baş Planı ilə bağlı müzakirələr aparılıb

FHN-də Bakının Baş Planı ilə bağlı müzakirələr aparılıb
Fövqəladə Hallar Nazirliyində (FHN) Bakı şəhərinin Baş Planının müzakirəsi məqsədilə görüş keçirilib.
 
FHN-dən Trend-ə verilən məlumata görə, görüşdə fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, general-leytenant Ragim Lətifov, Orucəli Hacıyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri Anar Quliyev, "The Boston Consulting Group" şirkətinin ekspertləri və Nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxləri iştirak ediblər.

Görüşdə Bakı şəhərinin Baş Planının hazırlanması prosesinin beynəlxalq standartlara uyğun təşkil edilməsi istiqamətində hərtərəfli işin aparıldığı bildirilib, bu sənədin hazırlanması və reallaşdırılmasında müvafiq dövlət qurumları, eyni zamanda FHN ilə koordinasiyalı fəaliyyətin vacibliyi diqqətə çatdırılıb. Müzakirələrdə, həmçinin tikintidə təhlükəsizlik normalarına və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasının, ümumiyyətlə əhalinin fövqəladə hadisələrdən mühafizəsinin əhəmiyyətindən söz açılıb.
 
Görüşdə sözügedən məsələlər ətrafında fikir mübadiləsi aparılıb, mövcud əməkdaşlığın perspektivləri müzakirə edilib.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6321
GBP 1 İngilis funt sterlinqi 2.2216
TRY 1 Türk lirəsi 0.3012
KWD 1 Küveyt dinarı 5.6036
SEK 1 İsveç kronu 0.1892
EUR 1 Avro 1.9570
CHF 1 İsveçrə frankı 1.7059
USD 1 ABŞ dolları 1.7000