• cümə, 29 Mart, 02:59
  • Baku Bakı 7°C

FHN Cəlilabadda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb

02.06.18 09:15 900
FHN Cəlilabadda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyiiyunun 1-də Cəlilabadda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.
APA-nınFövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində "FORD" markalı mikroavtobus ilə "Shacman” markalı yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. "FORD" markalı avtomobilin sürücüsü, 1969-cu il təvəllüdlü Dadaşov İmran Dadaşbala oğlunun (Rusiya Federasiyasının vətəndaşı) meyiti xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.
banner

Oxşar Xəbərlər