AZE | RUS | ENG |

FHN Cəlilabadda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb

FHN Cəlilabadda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyiiyunun 1-də Cəlilabadda  baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.
 
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində "FORD" markalı mikroavtobus ilə "Shacman” markalı yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.
 
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. "FORD" markalı avtomobilin sürücüsü, 1969-cu il təvəllüdlü Dadaşov İmran Dadaşbala oğlunun (Rusiya Federasiyasının vətəndaşı) meyiti xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN