AZE | RUS | ENG |

FHN: Alpinistlərin axtarışı davam edir

FHN: Alpinistlərin axtarışı davam edir
"Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun tapılması məqsədilə dekabrın 27-də başlanan axtarış işləri davam edir.
 
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, axtarışlar Quba rayonunda yüksək dağlıq ərazidə mürəkkəb meteoroloji şəraitdə aparılır.
 
Fövqəladə Hallar Nazirliyitərəfindən təşkil olunan axtarış işlərinə Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və xüsusi təlim keçmiş itlər cəlb olunub. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqlarla təhciz edilmiş) və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6995
GBP 1 İngilis funt sterlinqi 2.4138
TRY 1 Türk lirəsi 0.4229
KWD 1 Küveyt dinarı 5.6700
SEK 1 İsveç kronu 0.2025
EUR 1 Avro 2.1043
CHF 1 İsveçrə frankı 1.7552
USD 1 ABŞ dolları 1.7000