• çərşənbə axşamı, 23 aprel, 22:05
  • Baku Bakı 20°C

FHN: 1-ci mikrorayondakı layihə özünü doğrultsa, digər mikrorayonları da əhatə edəcək

15.03.17 13:50 911
FHN: 1-ci mikrorayondakı layihə özünü doğrultsa, digər mikrorayonları da əhatə edəcək
"Bakı şəhərində 1-ci mikrorayonun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə qərara əsasən köhnə 5 və 9 mərtəbəli yaşayış binalarının sökülməsi və onların yerində yeni yaşayış binalarının inşa edilməsi nəzərdə tutulub".
APA-nın xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib.
E. Əsədov bildirib ki, Nazirlər Kabinetinin qərarının imzalanmasında təşəbbüskar FHN olub: "Bu layihə pilotdur, layihə özünü doğrultsa, Bakının digər mikrorayonlarını da əhatə edəcək".
banner

Oxşar Xəbərlər