• cümə axşamı, 28 mart, 13:50
  • Baku Bakı 16°C

Fəzail Ağamalı Zeynəb Xanlarovanı müdafiə etdi

08.05.13 17:10 2005
Fəzail Ağamalı Zeynəb Xanlarovanı müdafiə etdi
Xalq artisti Zeynəb Xanlarova parlamentdəki çıxışında Heydər Əliyevə qarşı çıxanlardan danışıb. "Həmin adamlar indi də Heydər Əliyevin çörəyini yeyib Prezident Aparatında oturublar” fikrini səsləndirib.
Bakuinfo.Az-ın əməkdaşı məsələ ilə bağlı parlamentin deputatları ilə əlaqə saxlayıb.
"Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Bakuinfo.Az-a açıqlamasında nostradamusluqla məşğul olmadığını bildirib. "Mən nostradamusluqla məşğul deyiləm. YAP-ın da üzvü deyiləm ki, kimin əvvəldən axıra qədər hansı mövqeyi ifadə etdiyini deyim. Onu Zeynəb xanım, ya YAP-dan kimsə bilən varsa, desin”.
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Bakuinfo.Az-a açıqlamasında Zeynəb Xanlarovanın fikirlərini müdafiə edib. "Alqışlayıram, Zeynəb xanımın dediklərində həqiqətlər var. Sədaqəti olmayanlara hakimiyyətdə yer olmamalıdır. Amma Zeynəb xanımın konkret kimləri nəzərdə tutduğunu özündən soruşsaz, daha yaxşı olar”.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Bakuinfo.Az-a açıqlamasında Zeynəb Xanlarovanın incəsənət xadimi kimi siyasi məsələləri obyektiv qiymətləndirməsini təqdir edib. "Zeynəb xanımın çıxışında mənim ən çox diqqətimi çəkən, onun Ümummilli Lider Heydər Əliyevin və Cənab Prezident İlham Əliyevin fəaliyyətini, eyni zamanda Birinci Xanım Mehriban Əliyevanın təşəbbüsünü yüksək qiymətləndirməsi oldu. İncəsənət xadiminin siyasi məsələləri obyektiv qiymətləndirməsini müsbət hal kimi təqdir edirəm”.
Bakuinfo.Az
banner

Oxşar Xəbərlər