• cümə axşamı, 25 aprel, 12:43
  • Baku Bakı 23°C

Feyzbukda... (çağdaş satira)

19.07.14 15:39 1943
Feyzbukda... (çağdaş satira)
Arif odu, “fırlansın” dünyanı feyzbukda
Tapsın yeni dünyada mənanı feyzbukda.
Səhranı atıb çoxdan Məcnun dediyin oğlan,
Day indi tapıb, ay can, Leylanı feyzbukda.
Qoy arvadı mətbəxdə, söysün bu qara bəxtə,
Ancaq ki yaşıl saxla, Sevdanı feyzbukda...
Həsrət uşağın parka, lənət oxusun Marka,
Gör “xoş gələcək” adlı röyanı feyzbukda.
Düşmənlə döyüş çatda, al yağlı söyüş, çatda (çatla),
Qondar Qarabağ adlı qovğanı feyzbukda.
“Məsciddə adam azdır...” - az fikrimizi azdır!
Var bəziləri, saxlar əhyanı feyzbukda.
Çal vicdanına laylay, tök nifrətini lay-lay,
Əlbəttə, dəyiş gerçək imzanı feyzbukda.
Yazma adını sonda, nolar ki, Əvəz, onda?
Söz əhli görür onsuz misranı feyzbukda...
17.07.2014, gecə saat 02:15. Bakı
banner

Oxşar Xəbərlər