• cümə axşamı, 28 mart, 14:19
  • Baku Bakı 16°C

Fəxri adlara görə aylıq təqaüdlər 2 dəfə artırıldı

26.08.13 17:17 1405
Fəxri adlara görə aylıq təqaüdlər 2 dəfə artırıldı
Prezident İlham Əliyev mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb.
AzərTAc-ın məlumatına görə, dövlət büdcəsindən maliyyələşdirilən mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2013-cü il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb.
Azərbaycan prezidenti fəxri adlara görə aylıq təqaüdlərin artırılması haqqında da sərəncam imzalayıb. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xidmətlərinə və yüksək peşə ustalığına görə fəxri adlara layiq görülmüş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə fəxri adlara görə aylıq təqaüdlərin məbləği 2 dəfə artırılaraq “Xalq” fəxri adı üçün 100 (yüz) manat, “Əməkdar” fəxri adı üçün 60 (altmış) manat müəyyən edilib.
banner

Oxşar Xəbərlər