AZE | RUS | ENG |

Fevralın ən yaxşı futbolçusu açıqlandı

Fevralın ən yaxşı futbolçusu açıqlandı
Topaz Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib. Bu, “Neftçi”nin hücumçusu Nikolas Kanalesdir. 38 KİV nümayəndəsi arasında keçirilmiş sorğu nəticəsində çilili forvard 30 səs yığıb. fevralda 4 oyuna 5 qol vurmuş Kanales ən yaxşı oyunçu seçilməsində təkcə özünün deyil, bütün komandanın əməyini vurğulayıb: “Bu, bütün komandamın mükafatıdır. Onlar olmasaydı, ən yaxşı seçilməzdim. Mənə səs verən hər kəsə təşəkkür edirəm”. Fevralla müqayisədə 28 yaşlı hücumçu bu ay elə də məhsuldarlıq göstərmir. Hətta “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev bundan narazılığını gizlətməyib. Kanalesin özü isə komandasının qələbə qazanmasını daha vacib sayıb: “Əvvəllər hər oyunda qol vururdum. Amma son 2 matçda fərqlənə bilmirəm. Ola bilsin, baş məşqçimizin narahatlığı bundan yaranıb. Əsas məsələ odur ki, komandamız qələbələrini sıralayır, Azərbaycan Kubokunda yarımfinala yüksəlmişik, Premyer Liqada isə liderik”. Qeyd edək ki, Nikolas Kanalesə Peşəkar Futbol Liqasının və çempionatın baş sponsoru Topaz-ın xüsusi mükafatı təqdim olunub.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311