• cümə, 19 Aprel, 03:53
  • Baku Bakı 18°C

Fevralın 9-u Beynəlxalq Stomatoloq Günüdür

09.02.19 14:00 608
Fevralın 9-u Beynəlxalq Stomatoloq Günüdür
Obrazlı desək, gözəl təbəssüm hər kəsin vizit vərəqidir. Təəssüf ki, bu təbəssüm heç də hamıya qismət olmur və belə olan halda stomatoloqlar köməyə gəlir. Onlar nəinki insanları diş ağrısında xilas edir, həm də onlara gözəl diş düzümü bəxş edirlər.
AZƏRTACxəbər verir ki, hər il fevralın 9-u dünyada Beynəlxalq Stomatoloq Günü qeyd edilir. Həmin günün qeyd olunması ənənəsi ildən-ilə daha geniş yayılır. Müqəddəs Apolloniya Günündə stomatoloq və diş həkimlərinin peşə bayramının qeyd edilməsinin əsaslı səbəbləri var.
Həmin gün katolik kilsəsinin şəhidi Apolloniya xatırlanır. İsaya inam gətirən İskəndəriyyə məmurunun qızı Apolloniyanın xristianlıqdan dönməsi üçün ona dəhşətli işgəncələr verilib. İşgəncələrin xarakterinə görə müqəddəs Apolloniyanın atributları dişlər və ya kəlbətin olub, bütün işgəncələrə davam gətirən qadını tonqalda yandırmaqla hədələyəndə o, özü alovun içinə addımlayıb. Həmin hadisə 249-cu il fevralın 9-da baş verib.
ABŞ və Fransa alimləri tədqiqatlar zamanı qədim "stomatoloqların" hələ 9 min il əvvəl ilk bormaşının prototipindən istifadə etdiklərini üzə çıxarıblar. Pakistanın Belucistan əyalətində tapılan bizim eradan əvvəl VI-IV əsrlərdə yaşamış insan qalıqlarını tədqiq edərkən onların bəzi dişlərində 1-3 millimetr diametrdə və 3,5 millimetrə qədər dərinlikdə deşiklər aşkar edilib. Həmin fakt stomatologiyanın qədimliyinin sübutudur və maraqlıdır ki, açılan deşiklərdən biri çənənin iç tərəfindən olub.
1871-ci ildə ölkəmizdə diş həkimlərinin ilk təşkilatı Bakıda yaradılıb. 1919-cu ildə Bakı Dövlət Universitetində açılan tibb fakültəsində tələbələr diş xəstəliklərini öyrənməyə başlayıblar. 1977-ci ildə uşaq stomatologiyası kafedrası açılıb. 2002-ci ildən Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası fəaliyyət göstərir.
banner

Oxşar Xəbərlər