• cümə, 29 Mart, 11:45
  • Baku Bakı 5°C

Fevralın 26-da bu ilin ilk Günəş tutulması baş verəcək

23.02.17 14:00 1113
Fevralın 26-da bu ilin ilk Günəş tutulması baş verəcək
Fevralın 26-da bu ilin ilk Günəş tutulması hadisəsi baş verəcək.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)Şamaxı Astrofizika Rəsədxanasının direktor müaviniXıdır MikayılovAPA-yabildirib ki,proses saat 16:12-də başlayacaq, saat 18:54-də maksimumda olacaq, saat 21:35-də bitəcək. O qeyd edib ki, həlqəvari Günəş tutulması Amerika, Cənubi Afrikanın qərbində müşahidə olunacaq. X. Mikayılov vurğulayıb ki, bu hadisəni Azərbaycandan izləmək mümkün olmayacaq.
Qeyd edək ki, bu il 2 Ay və 2 Günəş tutulması hadisəsi baş verəcək. İlk ay tutulması fevralın 11-də qeydə alınıb. Növbəti Ay tutulması avqustun 7-də, ikinci Günəş tutulması isə avqustun 21-də olacaq.Bu hadisələrin insanlar üçün heç bir təhlükəsi yoxdur və adi astronomik hadisədir.
banner

Oxşar Xəbərlər