• cümə axşamı, 28 mart, 15:51
  • Baku Bakı 16°C

Fevralın 23-də Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

22.02.20 15:00 731
Fevralın 23-də Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək
Fevralın 23-də Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindənAZƏRTAC-a bildirilib ki, yarımfinal turu paytaxtda 7 mərkəzdə təşkil ediləcək. Belə ki, Nərimanov rayonu 36, Nizami rayonu 229, Binəqədi rayonu 276, Xətai rayonu 138, Nəsimi rayonu 54 nömrəli tam orta məktəblər, ADA və Bakı Mühəndislik universitetləri olimpiada mərkəzləri olaraq təyin edilib.
Olimpiadanın respublika mərhələsinin yarımfinal turunda rayon (şəhər) mərhələsində uğur qazanan şagirdlər və əvvəlki tədris ilində beynəlxalq olimpiada qalibi olmuş məktəblilər iştirak edəcəklər. Olimpiada Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, informatika, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə keçiriləcək.
Qeyd edək ki, respublika fənn olimpiadaları "Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.
banner

Oxşar Xəbərlər