• cümə axşamı, 25 aprel, 17:37
  • Baku Bakı 23°C

Fətullah Gülən Türkiyəyə ekstradisiya ediləcək - Ərdoğan

29.04.14 13:25 1095
Fətullah Gülən Türkiyəyə ekstradisiya ediləcək - Ərdoğan
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
Baş nazir qeyd edib ki, F.Gülən ABŞ-dan Türkiyəyə ekstradisiya ediləcək.
Bir müddət əvvəl R.T.Ərdoğan F.Gülənin ABŞ-dan ekstradisiyasının mümkünlüyünü qeyd edib.
Onun sözlərinə görə, Türkiyənin daxili işlərinə müdaxilə edən, ölkədə sabitliyin pozulmasına yol açan F.Gülənin ABŞ-dan ekstradisiyasına nail olmaq mümkündür.
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ isə bildirmişdi ki, F.Gülənin İnterpol xətti ilə axtarışa verilməsi gündəmə gətirilə bilər. Nazir bu qərarın məhkəmə tərəfindən verilə biləcəyini demişdi.
banner

Oxşar Xəbərlər