• cümə, 19 Aprel, 17:18
  • Baku Bakı 25°C

"FETÖ işi"nə görə tutulan AXCP üzvü hökmdən apellyasiya şikayəti verib

04.07.17 12:20 1056
"FETÖ işi"nə görə tutulan AXCP üzvü hökmdən apellyasiya şikayəti verib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin barəsində olan hökmdən apellyasiya şikayəti verilib.
F. Əhmədlinin vəkili Əsabəli MustafayevinAPA-ya verdiyi məlumata görə, apellyasiya şikayəti üzrə məhkəmə iclası yaxın günlərdə başlayacaq.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F. Əhmədli 4 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayətində onun barəsində bəraət hökmünün çıxarılması istənilib.
Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, Fuad Əhmədli "Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb.
Bildirilib ki, Fuad Əhmədlinin mənzilində axtarış zamanı din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb. Fuad Əhmədli Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilib.
banner

Oxşar Xəbərlər