AZE | RUS | ENG |

Festivalın tennis yarışları start götürüb

Festivalın tennis yarışları start götürüb
İyulun 21-də Bakı Tennis Akademiyasında "EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb. Yarışda oğlanlar və qızlar fərdi və qoşa kateqoriyalarda mübarizə aparırlar.
Trend-in məlumatına görə, fərdi yarışlarda Belçika idmançısı Hanne Vandevınkel israilli Maya Bazalel, sloveniyalı Petja Drame Böyük Britaniyalı Andrea Pineda, türkiyəli Melisa Senli kosovalı Vesa Gjinaj, Bidny Yehonathan (İsrail) Barton Hynek (Çex Respublikası), Maria Şolokova (Rusiya) Suana Tucakoviç (Bosniya və Hersoqovina) ilə qarşılaşır.
Festivalın tennis yarışlarında Azərbaycanı Kənan Qasımov, Tamerlan Əzizov, Alina Hüseynova və Polina Drobışeva təmsil edirlər.

"Bakı 2019”da 2004-cü il yanvarın 1-dən 2005-ci il dekabrın 31-dək doğulmuş tennisçilər iştirak edirlər.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946