• çərşənbə, 24 Aprel, 15:11
  • Baku Bakı 27°C

Festival lənkəranlıların qazandığı uğurların sərgisidir

10.11.18 20:53 579
Festival lənkəranlıların qazandığı uğurların sərgisidir
Lənkəranda ikinci Çay, çəltik və sitrus festivalının keçirildiyi meydan mənə doğmadır, bura uşaqlıq xatirələrimlə bağlıdır. Hər dəfə Lənkərana gələndə uşaqlıq xatirələrim yada düşür. Bu meydanda keçirilən bir çox gözəl tədbirin şahidi olmuşam.
Bu sözləriAZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmov söyləyib.
Festivalı lənkəranlıların qazandığı uğurların sərgisi kimi dəyərləndirən deputat burada həmyerlilərinin əmək xarüqələrinin şahidi olduğunu, gördüklərindən qürur hissi keçirdiyini diqqətə çatdırıb: "Lənkəranlılar çox zəhmətkeş insanlardır, dövlətə və dövlətçiliyimizə sədaqətlidirlər. Arzum budur ki, həmişə həmyerlilərimin xoş sorağını eşidək, rayonda belə tədbirlər tez-tez keçirilsin”.
banner

Oxşar Xəbərlər