AZE | RUS | ENG |

Festival iştirakçılarının onlayn səsverməsinə başlanılıb

Festival iştirakçılarının onlayn səsverməsinə başlanılıb
"Uşaq Avroviziya-2018” mahnı festivalının rəsmi saytında tamaşaçıların onlayn səsverməsi başlayıb.

AZƏRTAC xəbər verir ki, səsvermə müsabiqənin rəsmi açılışına qədər noyabrın 25-i 18:00-dək davam edəcək. Final günü sonuncu iştirakçının ifasından sonra isə səsvermə 15 dəqiqə ərzində yenidən aktiv olacaq, daha sonra həmin səslər müsabiqənin səs hesablayan heyətinə təqdim ediləcək. Səsvermədə 3-5 iştirakçını seçmək mümkündür.

Noyabrın 25-də "Minsk Arenada” Azərbaycan, Ukrayna, Portuqaliya, Qazaxıstan, Albaniya, Rusiya, Niderland, Belarus, İrlandiya, Serbiya, İtaliya, Avstraliya, Gürcüstan, İsrail, Fransa, Makedoniya, Ermənistan, Uels, Malta və Polşa təmsilçiləri beynəlxalq mahnı müsabiqəsinin final mərhələsində çıxış edəcəklər.

Xatırladaq ki, "Uşaq Avroviziya-2018” mahnı festivalında Azərbaycanı Fidan Hüseynova təmsil edir.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967