AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ferqyusonun məşqçisinin zalını yandırdılar

Ferqyusonun məşqçisinin zalını yandırdılar

İdman
04 İyun 2020, 11:15 279
ABŞ-da irqi ayrı-seçkiliyə qarşı etiraz aksiyaları davam edir. 
 
Kaspi.az xəbər verir ki, bəzən aksiyalar nəzarətdən çıxır və etirazçılar mağazaları qarət edir, maşınları yandırırlar. Məşhur məşqçi Eddi Bravo da etiraz zamanı zərər görüb. 
 
Onun məşq zalını yandırıblar. Eddi UFC döyüşçülərini məşq etdirir. Toni Feryuson da onun rəhbərliyi altında çalışır. 
 
Etirazçılar məşq zalına bitişik olan mağazaya od vurublar. Yanğının miqyası böyüyüb və zala da keçib. O, zalın bərpasına vəsait toplamaq üçün sosial şəbəkədə aksiyaya başlayıb və bir gün ərzində 60 min dollar əldə edib.