• şənbə, 20 Aprel, 13:23
  • Baku Bakı 23°C

Ferqyuson palataya köçürüldü, ailəsi xahiş etdi

10.05.18 11:20 688
Ferqyuson palataya köçürüldü, ailəsi xahiş etdi
"Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyuson reanimasiyadan palataya köçürülüb.
Kaspi.az xəbər verir ki, ser Aleksin durumu yaxşılaşmağa doğru gedir. Bu barədə məlumatı MY-nin saytı yayıb. Məlumatda həm də Ferqyusonun ailəsinin xahişi də ictimaiyyətə çatdırılıb:
"Ferqyusonun ailəsi böyük dəstəyə görə hər kəsə təşəkkür edir. Onu görmək istəyənlərin arzusunu da anlayışla qarşılayırıq. Ancaq xahiş edirik ki, bundan sonrakı etapın həyati əhəmiyyətə malik olduğunu nəzərə alasınız”.
Ferqyuson mayın 5-də beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Onun üzərində cərrahiyyə əməliyyatı aparılmışdı.
banner

Oxşar Xəbərlər