• cümə axşamı, 28 mart, 18:09
  • Baku Bakı 13°C

Ferqyuson Bekhemin saçını niyə qırxdırıb?

17.05.19 11:38 663
Ferqyuson Bekhemin saçını niyə qırxdırıb?
"Mançester Yunayted”in sabiq futbolçusu Devid Bekhem ser Aleks Ferqyusonun onun saçını qırxdırması barədə danışıb.
Kaspi.az xəbər verir ki, hadisə 2000-ci ildə "Çelsi” ilə keçirilən Superkubok qarşılaşmasından əvvəl baş verib. Bekhem saçına xüsusi bəzək vurdurub. O, hadisəni belə nəql edir:
"Ferqyusonun saç düzümüm görəcəyindən bərk qorxurdum. Oyuna bir gün qalmış şapkada məşq etdim. Səhər yeməyi, nahar zamanı da şapkada oldum. Hətta stadiona da şapkada getdim.
Artıq oyun üçün formalarımızı geyinərkən şapkanı çıxartdım və Ferqyuson saç düzümüm gördü. O mənə dedi ki, get saçını qırxdır. Mən güldüm. Ferqyuson isə sərt şəkildə bildirdi ki, zarafat etmir. Bundan sonra məcbur qalıb elə "Uembli”də saçımı qırxdırmalı oldum”.
banner

Oxşar Xəbərlər