Fərqli ab-havada keçən əlifba bayramı
Hər
tədris ilinin yekunu xüsusilə birinci sinif şagirdləri üçün yaddaqalan
olur. Belə ki, 11 illik məktəb həyatının
ilk ilini başa vuran birincilər əlifba bayramlarını qeyd etmək sevincini
yaşayırlar. Bu günlərdə Abşeron rayonu Xırdalan şəhər 10 saylı orta məktəbdə də
birincilərin əlifba bayramı keçirilib.
Qeyd edək ki, hər il olduğu kimi, bu il də məktəbdə əlifba bayramı xüsusi ab-havada baş tutub. Belə ki, 1-cilər müxtəlif səhnəciklər nümayiş etdirib, mahnılar səsləndiriblər. Şagirdlərin xüsusilə vətənpərvərlik mövzusunda ifa etdikləri mahnı və şeirlər tədbirin daha da coşqulu keçməsinə səbəb olub. Tədbirdə azyaşlılar tərəfindən maraqlı rəqs nümunələri də nümayiş etdirilib. Tədbirdə məktəb rəhbərliyi, rayon təhsil ictimaiyyətinin nümayəndələri, valideynlər çıxış edərək birinci sinif şagirdlərini əlifba bayramı münasibətilə təbrik edib, onlara təhsillərində uğurlar arzulayıblar. Sonda aktivlik nümayiş etdirən şagirdlərə xüsusi mükafatlar təqdim edilib.
Təvəkkül